AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə bələdiyyə ilə bağlı istintaq: 44 nəfər saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 11:25

    Türkiyədə bələdiyyə ilə bağlı istintaq: 44 nəfər saxlanılıb

    Türkiyənin Adana şəhərində yerləşən Çukurova bələdiyyəsində tender və satınalmalarda qanun pozuntularına yol verilməsi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 44 nəfər saxlanılıb.

    Türkiyə mediasının məlumatına görə, saxlanılanlar arasında bələdiyyənin hazırkı sədri Emrah Kozay və keçmiş sədr Soner Çetin də var.

    Qeyd edək ki, Emrah Kozay 2026-cı il avqustun 7-də Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək Yeni Partiyaya qoşulduğunu açıqlayıb. O, 2024-cü ildə Çukurova bələdiyyəsinin sədri vəzifəsinə CHP-nin namizədi kimi seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR