Şimali Koreyada Kim Çen Inla bağlı şayiələr fonunda fotolar yayımlandı

Liderin komaya düşməsi və Çinə aparılması barədə məlumatların doğruluğu rəsmən təsdiqlənməyib.
Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı yayılan iddialar fonunda onun ictimai tədbirdə çəkilmiş fotoları dərc edilib.
Məlumata əsasən, ölkənin Mərkəzi Teleqraf Agentliyi Kim Çen Inın Pxenyandakı geyim və ayaqqabı sərgisində iştirak etdiyini bildirib. Lider tədbirə həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E ilə qatılıb.
Bununla yanaşı, görüntülərin çəkilmə tarixi açıqlanmayıb. Sosial şəbəkələrdə və xarici mediada Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, Şimali Koreyada tibbi imkanların yetərli olmaması səbəbindən Çinə aparıldığı iddia edilsə də, bu məlumatlar rəsmən təsdiqlənməyib.
“The Sun” nəşrinin yaydığı xəbərin ardınca ölkədə mümkün hakimiyyət dəyişikliyi məsələsi də müzakirə olunmağa başlayıb. Bəzi ekspertlər Kim Çen Inın vəfat edəcəyi halda onun bacısı Kim Yo Çonqun müvəqqəti rəhbər ola biləcəyini ehtimal edirlər. Onların fikrincə, bu ssenaridə Kim Çju E gələcəkdə hakimiyyəti təhvil almaq üçün mümkün namizəd hesab oluna bilər.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.