ABŞ-da məsciddə atışma: ölən və yaralanan var

ABŞ-da məsciddə atışma: ölən və yaralanan var
ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində məsciddə baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
WBNS telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib.
ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr üzrə Bürosunun (ATF) Kolumbus bölməsi də atışma barədə məlumatı təsdiqləyib. Qurumun sosial şəbəkədəki açıqlamasında bildirilib ki, xüsusi agentlər hadisə ilə bağlı məlumatlar əsasında müvafiq tədbirlər görürlər.
Yaralanan şəxsin vəziyyəti barədə hələlik məlumat verilməyib.
Polisin ilkin qiymətləndirməsinə görə, hadisə məscidə məqsədli hücum xarakteri daşımayıb. Atışmanın başvermə şəraiti araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.