AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Albaniyada baş nazirin istefasını tələb edən etirazlara universitet müəllimləri də qoşulub

  • + A
  • - A
  • Bu gün, 22:07

    Albaniyada baş nazirin istefasını tələb edən etirazlara universitet müəllimləri də qoşulub


    Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etirazların iştirakçılarının sayı artıb. Tələbə və yuxarı sinif şagirdlərinin aksiyalarına universitet müəllimləri və digər ictimai xadimlər də qoşulublar.

    “Bloomberg” agentliyinin məlumatına görə, artıq ikinci həftədir davam edən etirazlarda iştirakçılar Baş nazir Edi Ramanın istefasını və ölkədə siyasi dəyişikliklərin həyata keçirilməsini tələb edirlər.

    Akademik ictimaiyyətin mindən çox nümayəndəsi baş nazirə istefa vermək və texnokratlardan ibarət hökumət formalaşdırmaq çağırışı ilə petisiya imzalayıb.

    Universitet müəllimlərinin və ictimai xadimlərin aksiyalara qoşulması etirazçıların dairəsini genişləndirsə də, nümayişçilər tələblərindən geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.
    Albaniyanın Baş naziri Edi Rama daha əvvəl hökumət əleyhinə etirazların iştirakçılarının “qırmızı xətti keçdiyini” bəyan edib. O, zorakılıq hallarının hüquqi və maliyyə nəticələri ilə bağlı xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR