AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu: İsraildə əsas məqsəd İran rejiminin dəyişdirilməsidir

  • + A
  • - A
  • Bu gün, 22:11

    Netanyahu: İsraildə əsas məqsəd İran rejiminin dəyişdirilməsidir


    İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini ölkəsinin əsas məqsədi adlandırıb. O, bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini bildirib.

    Netanyahunun sözlərinə görə, İran hakimiyyətinin dəyişdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yaradan amillərin aradan qaldırılmasına və Livanın “Hizbullah” hərəkatının fəaliyyətinə son qoyulmasına gətirib çıxara bilər. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

    İsrailin Baş naziri bu fikirləri Livanla sərhəd yaxınlığında yerləşən Kiryat-Şmona şəhərində, Tel-Hay Universitetində yeni tədris ilinin açılış mərasimində səsləndirib.
    Netanyahu bildirib ki, İsrail ordusu “Hizbullah”a qarşı mübarizədə əhəmiyyətli uğurlar əldə etsə də, əməliyyat hələ başa çatmayıb.

    “İşi sona çatdırmaq İranın terrorçu rejimini devirmək deməkdir. O, zəhərli səkkizayaqlının başıdır. Başını kəsin, o da çökəcək. Bundan sonra Livanla da sülhümüz olacaq”, – deyə Netanyahu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR