AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan ordusu komandanının təyyarəsinin uçuşundan sonra Qətərə məxsus təyyarə Tehrana gəlib

  • + A
  • - A
  • Dünən, 20:00

    Pakistan ordusu komandanının təyyarəsinin uçuşundan sonra Qətərə məxsus təyyarə Tehrana gəlib


    Qətərə məxsus təyyarə Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munirin olduğu təyyarənin Tehrandan uçmasından bir neçə dəqiqə sonra İran paytaxtına enib. Təxminən yarım saat sonra isə İran hava limanını tərk edib. Bu barədə İranın Fars agentliyi hava hərəkətinin izlənməsi məlumatlarına istinadən xəbər yayıb.

    Həmin gün Asim Munir İran rəhbərliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehran ölkədən bir qram belə zənginləşdirilmiş uran çıxarmayacaq.

    İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə Munirlə görüşündə Tehranın ABŞ üçün yeni təkliflərinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton yalnız İranın irəli sürdüyü yeddi şərti yerinə yetirməklə ölkənin etimadını qazana bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR