Nigeriyada Ebola ilə bağlı tədbirlər gücləndirildi

Paytaxtda qeydə alınan ilk yoluxma halından sonra 44 nəfər nəzarətə alınıb
Nigeriya hökuməti paytaxt Abujada Ebola virusuna ilk yoluxma halının təsdiqləndiyini bildirib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Uqandadan qayıdan qadında aşkarlanıb. Qadın dərhal təcrid olunub və müalicəyə başlanılıb.
Hazırda yoluxmuş şəxslə təmasda olmuş 44 nəfər müəyyən edilərək tibbi nəzarətdə saxlanılır. Eyni zamanda, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə üzrə bütün sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.
Səhiyyə naziri Məhəmməd Pate əhalini təşvişə düşməməyə, gigiyena qaydalarına riayət etməyə çağırıb. O, qızdırma, halsızlıq və baş ağrısı kimi əlamətləri olan şəxslərin dərhal həkimə müraciət etməli olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.