Financial Times: Fransada iğtişaşların vurduğu zərər 1 milyard avronu ötüb

Fransada baş verən kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etiraz aksiyaları ilə bağlı ən böyük maliyyə itkilərindən birinə çevrilə bilər.
Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Morningstar DBRS analitiklərinin qiymətləndirməsinə görə, sığorta şirkətlərinin üzləşəcəyi zərər 1,2 milyard avroya çata bilər.
Məlumata əsasən, iğtişaşların davam etməsi halında maliyyə itkilərinin daha da artacağı gözlənilir. Proqnozlara görə, bu cür hadisələr gələcəkdə hər il yüz milyonlarla avro həcmində zərərə səbəb ola bilər.
Fransanın ticarət naziri Serj Papenin ilkin qiymətləndirməsinə görə, ölkə üzrə azı 3 min kommersiya müəssisəsinə ziyan dəyib.
Baş verən hadisələr ölkənin biznes sektoruna ciddi zərbə vurmaqla yanaşı, sığorta şirkətlərinin də maliyyə yükünü artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.