AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funtu ötüb

  • + A
  • - A
  • Bu gün, 15:00

    Böyük Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funtu ötüb


    Böyük Britaniyanın dövlət borcu tarixdə ilk dəfə 3 trilyon funt sterlinqi (təxminən 4 trilyon ABŞ dolları) ötüb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Məlumata görə, cari ilin sentyabr ayında Britaniya hökumətinin xarici borcunun həcmi 24,52 milyard funt sterlinq təşkil edib. Bu göstərici proqnozlaşdırılan səviyyədən yüksək olub.

    Eyni zamanda, ölkənin büdcə kəsiri 97,8 milyard funt sterlinqə çatıb. Bu, gözləniləndən 6 milyard funt sterlinq çox olsa da, 2025-ci ilin müvafiq göstəricisindən 4,4 milyard funt sterlinq azdır.

    Xatırladaq ki, 2025-ci ildə Britaniyanın üzləşdiyi maliyyə problemləri ilə bağlı mediada dəfələrlə məlumatlar dərc olunub. Kembric Universitetinin professoru Yacit Çadha ölkədə artan iqtisadi çətinliklər səbəbindən hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) təcili kredit almaq məcburiyyətində qala biləcəyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR