AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: Putin, Si Cinpin və Trampın görüşü mümkündür

  • + A
  • - A
  • Bu gün, 15:01

    Peskov: Putin, Si Cinpin və Trampın görüşü mümkündür


    Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın üçtərəfli görüşü mümkündür. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Peskov “Vesti” informasiya xidmətinə açıqlamasında qeyd edib ki, hər üç tərəf belə bir görüşün keçirilməsinin məqsədəuyğun olacağını anlayır və buna nəzəri baxımdan hazırdır. Bununla belə, onun sözlərinə görə, görüşün dəqiq gündəliyi hələ müəyyənləşdirilməyib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi zəruridir.

    Rusiya Prezidentinin mətbuat katibi, həmçinin Vaşinqtonun nüvə silahlarının tərksilahı məsələsini müzakirə etmək istədiyini, Pekinin isə bu mövqeyi bölüşmədiyini diqqətə çatdırıb.

    Peskov mümkün üçtərəfli görüşlə bağlı “yeni Yalta” ifadəsindən istifadə etməyə tələsməməyə çağırıb. Bununla yanaşı, o, belə bir görüşün baş tutacağı təqdirdə bütün dünyanın diqqətini cəlb edəcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR