Pezeşkian ABŞ-ni təhdidlərdən imtina etməyə çağırıb

Pezeşkian: “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə davam edən danışıqlara münasibət bildirərək Vaşinqtonu təhdidlərdən imtina etməyə və İran xalqının hüquqlarını tanımağa çağırıb.
Pezeşkian bu barədə Tehranda iştirak etdiyi proqramda danışıb. O, ABŞ-dən zorakılıq dilindən imtina etməyi və təcavüzkar addımları dayandırmağı tələb edib.
İran liderinin sözlərinə görə, tərəflər yalnız təhdidlərin aradan qaldırılmasından sonra bir araya gələrək danışıqlar apara bilərlər.
“Biz müharibə tərəfdarı deyilik, lakin zorakılığa da boyun əyməyəcəyik. Bütün yolları bağlaya, təhdid edə və eyni zamanda, müzakirələrdən danışa bilməzsiniz”, – deyə Pezeşkian vurğulayıb.
O, həmçinin imzalanmış sazişlərə sona qədər əməl edilməsinin vacibliyini bildirib. Prezident qeyd edib ki, ABŞ əvvəlcə saziş imzalayıb, daha sonra isə üzərinə götürdüyü öhdəlikləri pozub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.