AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Hörmüz boğazındakı internet kabellərini məhv etməklə hədələyib

  • + A
  • - A
  • Bu gün, 10:20

    İran Hörmüz boğazındakı internet kabellərini məhv etməklə hədələyib

    Tehran ABŞ və müttəfiqlərinin İranın infrastrukturuna hücum edəcəyi təqdirdə sualtı rabitə xətlərini hədəfə ala biləcəyini açıqlayıb.

    İran ABŞ və müttəfiqlərinin ölkənin infrastrukturunu hədəfə alacağı təqdirdə Hörmüz boğazının altından keçən internet kabellərini məhv edə biləcəyini bəyan edib.

    İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandan müavini, briqada generalı Yedullah Cavani “Əl-Aləm” telekanalına müsahibəsində ABŞ-nin regiondan tamamilə çəkilməli olduğunu bildirib.

    Onun sözlərinə görə, regiondakı vəziyyət müharibədən əvvəlki dövrə qayıtmayacaq. Cavani xəbərdarlıq edib ki, İranın infrastrukturu hücuma məruz qalarsa, Tehran bütün imkanlarından istifadə edəcək.

    “Ölkəmiz Hörmüz boğazının altındakı internet kabellərini asanlıqla məhv edə bilər”, – deyə general vurğulayıb.

    İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi də daha əvvəl boğazın altından keçən yeddi əsas kabel sisteminə mümkün hücuma işarə edib.

    Sualtı kabellər beynəlxalq internet trafikinin ötürülməsi, maliyyə əməliyyatları və enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyır. Bu infrastrukturun zədələnməsi regionda rabitə və rəqəmsal xidmətlərdə ciddi fasilələrə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR