AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb

  • + A
  • - A
  • Bu gün, 16:57

    Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb

    Ukraynada Rusiya ilə müharibə dövründə ilk dəfə olaraq əhalinin rəsmi sayı açıqlanıb.

    Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutu əhalinin sayının kəskin azaldığını bildirib.

    Məlumata görə, ölkə əhalisinin sayı hazırda 28.5 milyon nəfərə düşüb. Azalmanın əsas səbəbi kimi əhalinin bir hissəsinin ölkəni tərk etməsi göstərilir.

    Qeyd edək ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı. BMT-nin məlumatına görə, 2024-cü il yanvarın 1-nə Ukrayna əhalisi 37 milyon 441 min nəfər olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR