AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Respublikaçılar seçkilərdə mənim tərəfdarlarımın dəstəyi olmadan uduza bilərlər

  • + A
  • - A
  • Dünən, 22:30

    Tramp: Respublikaçılar seçkilərdə mənim tərəfdarlarımın dəstəyi olmadan uduza bilərlər



    ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının uğurunun onun tərəfdarlarının seçki məntəqələrinə nə dərəcədə fəal gələcəyindən asılı olacağını bildirib.

    Tramp jurnalistlərə açıqlamasında öz seçicilərinin yüksək fəallığının partiyanın qələbəsi üçün vacib olduğunu vurğulayıb.

    “Seçkilərdə mən iştirak edəndə seçicilərimizin sayı təxminən 50 faiz çox olur. Buna görə də tərəfdarlarımı seçki məntəqələrinə gətirə bilsəm, qalib gələcəyik. Əgər seçiciləri səfərbər edə bilməsək, düşünürəm ki, qalib gələ bilməyəcəyik”, – deyə ABŞ prezidenti bildirib.

    ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatdakı 100 yerdən 35-i uğrunda mübarizə aparılacaq.

    Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir. Lakin partiyanın hər iki palatada üstünlüyü cüzi olduğundan aralıq seçkilərin nəticələri Konqresdəki qüvvələr balansına təsir göstərə bilər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR