ABŞ-də yeni biotexnologiya layihəsi

ABŞ hərbi xidmət itlərini klonlaşdırmağa və genlərini dəyişdirməyə hazırlaşır
ABŞ-də hərbi və digər xüsusi xidmət sahələrində istifadə olunacaq itlərin klonlaşdırılması və genetik modifikasiyası üzrə yeni layihə həyata keçiriləcək.
“Financial Times”ın məlumatına görə, “Warhound” adlı startapın yaradılmasında “Anduril” şirkətinin həmtəsisçisi Palmer Laki və sahibkar Ben Lamm iştirak edirlər.
Layihə çərçivəsində genetik xüsusiyyətləri təkmilləşdirilmiş xidmət itlərinin yetişdirilməsi və onların müasir texnologiyalarla təchiz olunması nəzərdə tutulur. Layihənin dəyərinin təxminən 1,2 milyard dollar olduğu bildirilir.
Ben Lamm qeyd edib ki, ilkin məqsəd ən yaxşı xüsusiyyətlərə malik itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaqdır. Gələcəkdə isə heyvanların ömrünü uzatmaq və iş qabiliyyətini artırmaq üçün genetik dəyişikliklərin mümkünlüyü araşdırıla bilər.
Məlumata əsasən, müdafiə texnologiyaları istehsalçısı “Anduril” də layihədə iştirak edərək xidmət itlərinin fəaliyyətini daha effektiv etmək üçün onlar üçün zirehli jiletlər hazırlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.