AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Din maskası ilə son vaxtlar Azərbaycanı hədəf alanların maskası yırtıldı

  • + A
  • - A
  • Bu gün, 13:00

    Din maskası ilə son vaxtlar Azərbaycanı hədəf alanların maskası yırtıldı


    Türkiyə Dəyanət Vəqfində baş verən son hadisələr ciddi suallar doğurur.

    Vəqfin rəhbəri İzani Turanın, eləcə də onun iki müavini — Rəcəb Balkan və Fatih Kayacanın vəzifələrindən azad edildiyi bildirilir. Buna səbəb isə Qəzza üçün toplanan ianələrin idarə olunması ilə bağlı ortaya çıxan ciddi iddialardır.

    Məlumata görə, Qəzza üçün toplanan vəsaitlərin bir hissəsinin birja fondlarına yatırıldığı və bu investisiyalar nəticəsində vəqfin təxminən 48 faiz həcmində zərərlə üzləşdiyi iddia olunur. Hazırda məsələ ilə bağlı vəqf daxilində araşdırmaların davam etdiyi bildirilir.

    Burada ən vacib məqam yalnız vəzifədən azad edilən şəxslərin kimliyi deyil. Əsas məsələ insanların dini və humanitar duyğularına güvənərək topladığı ianələrin necə idarə olunmasıdır.

    Qəzza adı ilə toplanan vəsaitin taleyi ilə bağlı belə ciddi iddialar ortaya çıxırsa, bunun şəffaf və obyektiv şəkildə araşdırılması, nəticələrin isə ictimaiyyətə açıqlanması vacibdir.

    Təəssüf doğuran başqa bir məqam isə budur: son vaxtlar Azərbaycana qarşı dini ritorika ilə çıxış edən, ölkəmizə müxtəlif ittihamlar yağdıran bəzi şəxslər öz fəaliyyətlərinin yaratdığı suallara cavab verməkdə o qədər də həvəsli görünmürlər.

    Din insanlara qarşı siyasi və ideoloji təzyiq vasitəsi deyil. Dini dəyərlərdən danışan hər kəs ilk növbədə şəffaflıq, ədalət və məsuliyyət prinsipinə əməl etməlidir.

    Azərbaycana “din” pərdəsi arxasından dərs keçməyə çalışanlar əvvəlcə öz ətraflarında baş verənlərə cavab verməlidirlər.

    Çünki dini maska taxmaq heç kimi suallardan və məsuliyyətdən üstün etmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR