AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu seçkilər ərəfəsində Trampdan kampaniyasına daha çox dəstək istəyib

  • + A
  • - A
  • Bu gün, 08:36

    Netanyahu seçkilər ərəfəsində Trampdan kampaniyasına daha çox dəstək istəyib



    İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkiləri ərəfəsində ABŞ Prezidenti Donald Trampa müraciət edərək onun seçki kampaniyasına daha çox açıq dəstək göstərməsini istəyib. Bu barədə “Axios” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

    Nəşrin amerikalı mənbəsinin bildirdiyinə görə, Netanyahu son üç gün ərzində Trampla iki dəfə telefon danışığı aparıb və ondan “Truth Social” sosial şəbəkəsində İsrailin baş nazirini dəstəkləyən paylaşımların sayını ikiqat artırmağı xahiş edib.

    Mənbənin sözlərinə görə, Netanyahu əlavə dəstək bəyanatları üçün konkret ifadələr də təklif edib.

    Məlumatlı mənbə Ağ Evin Netanyahunun bu istiqamətdə intensiv səylərini onun seçki kampaniyasında geridə qaldığını düşündüyünün göstəricisi və “çarəsizlik əlaməti” kimi qiymətləndirdiyini bildirib.

    İsrail mənbəsi isə Netanyahunun Trampa İsrail jurnalistləri ilə telefon danışığı apararaq ona əlavə dəstək ifadə etməyi təklif etdiyini qeyd edib.

    “Likud” partiyası məlumatı təkzib edib
    Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının sözçüsü Neta Molho baş nazirin son günlərdə və ya Trampın dəstək bəyanatından əvvəl ABŞ prezidentindən seçki kampaniyasına dəstək istəməsi barədə məlumatı təkzib edib.

    Daha əvvəl Donald Tramp İsraildə keçiriləcək parlament seçkilərində Netanyahunun qələbəsini görmək istədiyini açıqlamışdı.

    “Netanyahu ABŞ-ın İsraildə ehtiyac duyduğu tərəfdaşdır. Bu, bizim üçün çox iş gördüyümüz ölkədir”, – deyə Tramp “Truth Social” platformasında yazıb.

    ABŞ prezidenti, həmçinin Netanyahunun İsraillə ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatda iştirakını xatırladıb. Trampın fikrincə, Netanyahunun yerində başqa bir lider olsaydı, belə addımlara razılıq verməzdi.

    İsraildə parlament seçkilərinin 27 oktyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR