Kilsəyə hücumun şübhəliləri saxlanıldı

İordaniyada əməliyyat zamanı 3 silahlı yaralanıb
İordaniyada Karak vilayətindəki pravoslav kilsəsinə hücum etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Bu barədə İordaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, oktyabrın 26-da səhər saatlarında keçirilən əməliyyat zamanı şübhəlilərin yeri müəyyən edilib.
Onlar Əl-Kərək şəhərinin kənarında yerləşən tərk edilmiş evdə aşkarlanıblar. Silahlı şəxslər təslim olmaqdan imtina edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Qarşıdurma zamanı üç şübhəlinin hamısı yaralanıb və saxlanılıb.
Xatırladaq ki, oktyabrın 23-də Karak bölgəsindəki kilsədə dəfn mərasimi zamanı insanlara atəş açılıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.