AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Reuters: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket anbarlarını və buraxılış qurğularını məhv edib

  • + A
  • - A
  • Bu gün, 12:05

    Reuters: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket anbarlarını və buraxılış qurğularını məhv edib



    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə husilərə məxsus beş ballistik raket anbarının və dörd raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

    Bu barədə Reuters agentliyi koalisiyanın bəyanatına istinadən məlumat yayıb.

    Məlumata görə, koalisiya Yəməndə husilərin nəzarətində olan ərazilərdə hərbi əməliyyat keçirib. Əməliyyatın əsas məqsədinin təhlükə mənbələrinin zərərsizləşdirilməsi olduğu bildirilib.

    Koalisiyanın açıqlamasında beş ballistik raket saxlama anbarının və dörd raket buraxılış qurğusunun məhv edildiyi qeyd olunub.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri ilə husilər arasında hərbi qarşıdurmalar iyulun ortalarından etibarən yenidən şiddətlənib. Mənbədə bildirilir ki, təxminən dördillik nisbi sakitlik dövründən sonra döyüşlər bərpa olunub.

    Məlumata əsasən, bu müddət ərzində husilər Qırmızı dənizin qərb sahillərindəki əraziləri və Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən şəhərləri nəzarətə götürüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR