AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsraildə İrana qarşı əməliyyat gərginliyi

  • + A
  • - A
  • Bu gün, 12:58

    İsraildə İrana qarşı əməliyyat gərginliyi

    Baş Qərargah rəisinin hücum əmrini icra etməkdən imtina etdiyi iddia olunur

    İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin ölkənin siyasi rəhbərliyinin İrana qarşı hərbi əməliyyat keçirilməsi barədə əmrini yerinə yetirməkdən imtina etdiyi iddia olunur.

    Bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

    Məlumata görə, Zamir mümkün əməliyyatın İranla birbaşa hərbi toqquşmaların yenidən başlamasına səbəb ola biləcəyini əsas gətirərək əlavə məsləhətləşmələrin aparılmasını tələb edib. O, Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, siyasi rəhbərlik tərəfindən müvafiq sənəd şəxsən imzalanmayana qədər əmri icra etməkdən imtina edib.

    Mənbələrdən biri bildirib ki, detalları açıqlanmayan əməliyyatla bağlı yanlış qiymətləndirmələr qısa müddətdə genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Bildirilib ki, ordu komandanlığı İran məsələsindən seçkiqabağı siyasi məqsədlər üçün istifadə edilməsini istəmir.

    Qeyd edək ki, son günlər xarici mediada ABŞ və İsrail rəhbərliyinin İrana yeni zərbələr endirilməsi ehtimalını müzakirə etdiyi barədə məlumatlar yayılıb. İddialara görə, Netanyahu əməliyyatın oktyabrın 27-də Knessetə keçiriləcək seçkilərdən əvvəl həyata keçirilməsində israrlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR