Tramp İranı ABŞ-la münaqişənin başlanmasında günahlandırıb

ABŞ Prezidenti Donald Tramp İranın iki ölkə arasında münaqişənin başlanmasına görə məsuliyyət daşıdığını bildirib.
Tramp bu barədə bazar ertəsi günü Missisipi ştatında keçirilən seçki mitinqində çıxışı zamanı danışıb.
“Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı”, – deyə ABŞ prezidenti bildirib.
Tramp çıxışı zamanı İranın nüvə silahı əldə etməsinə cəmi iki həftə qaldığı barədə iddiasını da təkrarlayıb.
“Düşünmürəm ki, başqa seçimimiz var idi. Onların nüvə raketi yaratmasına iki həftə qalmışdı. İran dünyada terrorizmin əsas dövlət himayədarı hesab olunur”, – deyə o vurğulayıb.
ABŞ prezidenti İranla daha əvvəl əldə edilmiş atəşkəs razılaşmasını da tənqid edib. O, razılaşmanı vaxt itkisi adlandıraraq, bu atəşkəsə əvvəldən müsbət yanaşmadığını bildirib.
“Biz kiçik bir atəşkəs razılaşması əldə etdik. Açığı, bu razılaşma heç vaxt ürəyimcə olmayıb”, – Tramp qeyd edib.
“Biz nəzakətli davranmaq istəyirik, lakin mənim başa düşdüyümə görə, bu, vaxt itkisi idi”, – deyə ABŞ prezidenti əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.