Tanzaniya son 10 ildə ilk dəfə yeni təbii qaz ehtiyatları aşkarlayıb

Tanzaniya son 10 ildə ilk dəfə yeni təbii qaz ehtiyatları aşkarlayıb
Tanzaniya son on ildən artıq müddətdə ilk dəfə yeni təbii qaz ehtiyatları aşkarlayıb. Ölkənin cənubunda yerləşən Mნazi-Bey körfəzi ərazisində təxminən 223 milyard kubfut təbii qaz ehtiyatı müəyyən edilib.
Bu barədə ölkənin energetika naziri Cuma Homera oktyabrın 27-də məlumat verib. Reuters agentliyinin xəbərinə görə, yataq dövlətə məxsus Tanzaniya Neft Korporasiyası (TPDC) və Fransanın Maurel & Prom neft-qaz şirkətinin birgə apardığı kəşfiyyat işləri zamanı aşkarlanıb.
Məlumata əsasən, şirkətlər MB-5, MS-2 və Kasa-1X ST2 quyularında qazma işləri həyata keçiriblər. Yeni yatağın istismarı ölkənin daxili bazarında təbii qaz təklifinin artırılmasına imkan verə bilər.
Maurel & Prom şirkəti daha əvvəl yeni sahədə qaz hasilatına noyabr ayında başlanmasının mümkün olduğunu açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.