AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada müəllim 17 il işə getmədən 248 min avro maaş alıb

  • + A
  • - A
  • Bu gün, 10:36

    Almaniyada müəllim 17 il işə getmədən 248 min avro maaş alıb

    Almaniyada 62 yaşlı müəllim 2009-cu ildən dərs deməməsinə baxmayaraq, maaş almaqda davam edib. Duisburq Dövlət Prokurorluğu onun barəsində dələduzluq və sənəd saxtalaşdırılması ittihamları ilə məhkəməyə müraciət edib.

    İttihama əsasən, müəllim 2021-ci ilin martından 2025-ci ilin martınadək iş qabiliyyəti olmadığına dair 10 arayış təqdim edib. İstintaq hesab edir ki, o, işləmək imkanının olduğunu bildiyi halda bu sənədlərdən istifadə edərək 248 min avrodan çox vəsait əldə edib.

    Hadisə 2025-ci ildə təhsil idarəsinin müəllimin şəxsi işini yenidən yoxlaması zamanı üzə çıxıb. Bundan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

    Müəllim, həmçinin, mövcud olmayan həkimin adından iki dalğıclıq üçün tibbi yararlılıq arayışı hazırlamaqda ittiham olunur. Onun xəstəlik məzuniyyəti dövründə alternativ tibb sahəsində işləməsi ilə bağlı ehtimallar isə istintaq tərəfindən təsdiqlənməyib.

    İttihamlar sübuta yetirilərsə, müəllimi 6 aydan 10 ilədək həbs cəzası gözləyə bilər. Duisburq məhkəməsi hələlik ittiham aktının qəbul edilməsi və iş üzrə məhkəmə araşdırmasının başlanması barədə qərar verməyib.

    Qeyd edək ki, müəllim indiyədək ittihamlarla bağlı mövqeyini açıqlamayıb. Məhkəmənin yekun qərarı çıxanadək o, təqsirsiz hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR