İran Rusiya ilə kiçik nüvə reaktorlarının tikintisini sürətləndirmək barədə razılaşma hazırlayır

İran Rusiya ilə kiçik nüvə reaktorlarının tikintisini sürətləndirmək barədə razılaşma hazırlayır
İran Rusiya ilə kiçik modul tipli nüvə reaktorlarının birgə tikintisini sürətləndirmək məqsədilə razılaşma hazırlayır.
Bu barədə İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kəmalvəndi dövlət televiziyası IRIB-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran dünyada elektrik enerjisinə artan tələbat fonunda nüvə energetikasını genişləndirməyi hədəfləyir. Tələbatın artmasına süni intellektin və rəqəmsal texnologiyaların inkişafı, eləcə də nəqliyyatın elektrikləşdirilməsi təsir göstərir.
Kəmalvəndinin sözlərinə görə, hazırda dünyada atom elektrik stansiyalarında təxminən 400 min meqavat elektrik enerjisi istehsal olunur. İranın payına isə təxminən 1000 meqavat düşür.
O bildirib ki, qlobal nüvə energetikası üzrə güclərin üç dəfə artırılması planlaşdırılır. Bu məqsədə çatmaq üçün İranın cənubundakı Buşehr Atom Elektrik Stansiyası ilə müqayisə edilə bilən təxminən 1200 elektrik stansiyasının tikintisi tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.