AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Küveyt İran səfirinə etirazını bildirib

  • + A
  • - A
  • Bu gün, 22:25

    Küveyt İran səfirinə etirazını bildirib

    Küveyt İran səfirinə etirazını bildirib

    Küveyt oktyabrın 28-də İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Buna səbəb İran səfirliyinin Küveyt hakimiyyəti tərəfindən ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilən bəyanatı olub.

    “Reuters” agentliyinin Küveyt Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Tehran daha əvvəl İran vətəndaşlarının bir sıra şəxslərə qarşı sui-qəsd planında və Fars körfəzi ölkəsinin təhlükəsizliyini pozmaq cəhdində iştirakına dair ittihamları rədd edib.

    Buna cavab olaraq Küveyt məhkəmə orqanlarının qərarlarına müdaxiləyə yol verməyəcəyini bəyan edib. Ölkə hakimiyyəti, həmçinin Tehrandan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, xüsusilə də mehriban qonşuluq prinsipinə riayət etməyi tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR