AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb

  • + A
  • - A
  • Bu gün, 19:30

    İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb

    İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb
    İspaniyanın Toledo əyalətində iki sürət qatarının toqquşması nəticəsində azı 64 nəfər həlak olub. Daha 58 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 15-nin vəziyyəti son dərəcə ağırdır. Ölənlərin sayının artacağı istisna edilmir.

    “El País” qəzetinin məlumatına görə, qəza oktyabrın 28-də, çərşənbə günü səhər saatlarında Urda stansiyasının yaxınlığında baş verib. İspaniya hökumətindəki mənbələrin ilkin məlumatına əsasən, hadisəyə insan səhvi səbəb ola bilər. Belə ki, “Renfe” şirkətinə məxsus AVE sürət qatarı relslərdə dayanmış “Iryo” şirkətinin qatarına çırpılıb.
    Qəza zamanı hər iki qatarda ümumilikdə 540-dan çox sərnişin olub.

    “Iryo” şirkəti açıqlamasında qatarına arxadan “Renfe” şirkətinin 103-cü seriyalı qatarının çırpıldığını bildirib. Şirkət zərərçəkənlərə və onların yaxınlarına dərin hüznlə başsağlığı verib, fövqəladə hallara müdaxilə protokollarının işə salındığını açıqlayıb. Həmçinin qəzanın səbəblərinin araşdırılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR