AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Misirlə dəniz sərhədlərinin delimitasiyası barədə saziş təklif edib

  • + A
  • - A
  • Bu gün, 18:00

    Türkiyə Misirlə dəniz sərhədlərinin delimitasiyası barədə saziş təklif edib


    Türkiyə Misirlə dəniz sərhədlərinin delimitasiyası barədə saziş təklif edib
    Türkiyə Şərqi Aralıq dənizində dəniz sərhədlərinin delimitasiyası ilə bağlı Misirə saziş imzalamağı təklif edib.

    Ankara hesab edir ki, bu razılaşma Misirə Yunanıstanla mümkün sazişlə müqayisədə əlavə olaraq 15 min kvadratkilometrdən çox dəniz ərazisinə iddia etmək imkanı verə bilər. Bu barədə “Cumhuriyet” qəzeti Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    Təklif Liviyanın şərqində fəaliyyət göstərən parlamentin 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz sərhədləri haqqında sazişi təsdiqləməsindən sonra gündəmə gəlib. Həmin qərar Yunanıstan, Kipr və Misirin kəskin etirazına səbəb olub. Bu ölkələr sözügedən razılaşmanın regiondakı hüquqlarını pozduğunu hesab edirlər.

    Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara qarşılıqlı maraqlar əsasında Misirlə dəniz zonalarının delimitasiyası haqqında saziş imzalamağa hazırdır. Türkiyə tərəfinin qiymətləndirməsinə görə, belə bir razılaşma Misirə Yunanıstanla mümkün sazişdən daha geniş dəniz ərazisi qazandıra bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR