AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan parlamentində növbəti dava baş verib

  • + A
  • - A
  • Bu gün, 12:36

    Ermənistan parlamentində növbəti dava baş verib

    Ermənistan parlamentinin bugünkü iclasında deputatlar arasında əlbəyaxa dava qeydə alınıb.

    “Sputnik Ermənistan”ın yaydığı məlumata əsasən, mübahisə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı yaranıb. Sonradan mübahisə kütləvi fiziki qarşıdurmaya çevrilib.

    Dava canlı yayım vasitəsilə nümayiş etdirilib. Parlamentin spikeri Ruben Rubinyan hadisələrin ictimaiyyət tərəfindən izlənməsinin vacibliyini əsas gətirərək yayımın dayandırılmayacağını açıqlayıb.

    Bundan sonra iclasa fasilə verilib. Lakin deputatlar arasındakı qarşıdurma parlament zalından kənarda da davam edib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR