Moskvanın dörd hava limanında fəaliyyət dayandırılıb

Rusiyanın paytaxtı Moskvada oktyabrın 30-na keçən gecə bütün dörd hava limanının – Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevonun fəaliyyəti müvəqqəti dayandırılıb.
Məhdudiyyətlər səbəbindən çox sayda sərnişin gecəni hava limanlarında keçirməli olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Moskva meri Sergey Sobyanin ötən gün axşam saatlarından bu gün səhərədək Moskva regionu istiqamətində 862 pilotsuz uçuş aparatının qeydə alındığını bildirib.
Merin sözlərinə görə, həmin PUA-ların əksəriyyəti zərərsizləşdirilib.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.