Putin Makron və Mertslə danışmağa hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla, istənilən ölkə lideri ilə dialoqa açıqdır.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov rusiyalı jurnalist Aleksandr Yunaşevin “Yunaşev Live” proqramına müsahibəsində bildirib.
Jurnalist Putinin Fransa Prezidenti və ya Almaniya Kansleri zəng edəcəyi təqdirdə telefon danışığına cavab verib-verməyəcəyini soruşub.
Peskov suala cavabında deyib: “O, dəstəyi qaldırar. Əlbəttə, o, hər kəslə dialoqa açıqdır”.
Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi halda Putinin onunla danışıb-danışmayacağı ilə bağlı suala isə Kremlin sözçüsü “Hələ heç kəs zəng etməyib” cavabını verib.
Qeyd edək ki, oktyabrın 27-də Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.