AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Melaniya Trampdan Rusiya və Ukraynaya təşəkkür

  • + A
  • - A
  • Bu gün, 10:54

    Melaniya Trampdan Rusiya və Ukraynaya təşəkkür

    Oleşkidə humanitar missiya çərçivəsində atəşkəs başa çatıb

    ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar missiya ilə əlaqədar elan edilmiş atəşkəsin uğurla başa çatdığını bildirib.

    Bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

    “Atəşkəs rejiminin müddəti başa çatıb. Missiya uğurla həyata keçirildi. Amerika adından Oleşkidə atəşkəsin təmin olunması ilə bağlı liderlik və əməkdaşlığa görə Rusiya və Ukraynaya təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Oleşki iki ölkə arasında davamlı sülhün təməli olacaq”, – Melaniya Tramp vurğulayıb.

    Onun sözlərinə görə, atəşkəs oktyabrın 27-də qüvvəyə minib və noyabrın 1-dək davam edib.

    Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi məqsədilə atəşkəs barədə razılığa gəlmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR