AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib

  • + A
  • - A
  • Bu gün, 18:21

    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib

    Rusiya-Ukrayna münaqişəsi üzrə Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələrinin görüşü Brüsseldə noyabrın 4-də keçiriləcək.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya kansleri Fridrix Mertslə mətbuat konfransında bildirib.

    Zelenski qeyd edib ki, sabah işlər danışıqlar qrupları səviyyəsində aparılacaq.

    Onun sözlərinə görə, Avropa Ukraynanın Rusiya ilə sülhə nail olması prosesində mütləq iştirak etməlidir:

    "Biz təhlükəsizlik sahəsindəki bütün çağırışlara, eləcə də bu müharibənin necə və hansı şərtlərlə başa çatmalı olduğu məsələsinə dair vahid Avropa mövqeyini işləyib hazırlamaq üçün əlimizdən gələni edirik. Sülh ləyaqətli olmalıdır və yalnız bu halda o, uzunmüddətli ola bilər. Bu, bizim əsas prinsiplərimizdən biridir. Sabah Brüsseldə bizim komandalarımız da işləyəcək. ABŞ, Avropa, NATO və Ukrayna nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək və bu görüşlər zamanı bərpa paketləri və təhlükəsizlik təminatları müzakirə olunacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR