ABŞ astronavtları kosmosdan seçki bülletenlərini göndəriblər

Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən NASA astronavtları ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdə səs veriblər.
Astronavtlar Anil Menon, Cessika Uotkins və Lyuk Delansi seçki bülletenlərini elektron şəkildə dolduraraq müvafiq seçki dairələrinə göndəriblər.
Anil Menonun paylaşdığı görüntülərdə stansiyanın şəxsi yataq bölməsinin səsvermə məkanı kimi istifadə edildiyi əks olunub. Bülletenlər kompüter vasitəsilə doldurulduqdan sonra Texas ştatının Harris dairəsinə çatdırılıb.
Məlumata görə, ABŞ-də astronavtların kosmosdan səsvermə hüququ 1997-ci ildən qüvvədədir.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.