The Independent: Marko Rubio 2028-ci il prezident seçkilərinə hazırlaşmaq üçün ABŞ dövlət katibi vəzifəsindən gedə bilər

The Independent: Marko Rubio 2028-ci il prezident seçkilərinə hazırlaşmaq üçün ABŞ dövlət katibi vəzifəsindən gedə bilər
ABŞ dövlət katibi Marko Rubionun 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək məqsədilə vəzifəsindən istefa verə biləcəyi iddia olunur. Bu barədə “The Independent” qəzeti ABŞ Respublikaçılar Partiyasındakı və Böyük Britaniya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizənin əsas fiqurlarından biri hesab olunur. Onun mümkün rəqibi isə ABŞ-ın vitse-prezidenti Cey Di Vens ola bilər.
Mənbələrin iddiasına əsasən, Respublikaçıların aralıq seçkilərdə məğlub olacağı təqdirdə Rubio Donald Tramp administrasiyasını tərk edə bilər. Bildirilir ki, o, İranla müharibənin nəticələrinə görə məsuliyyəti prezidentin üzərinə qoymaq və bu prosesdən siyasi məsafə saxlamaq istəyir. Cey Di Vens də artıq Respublikaçıların seçkilərdə mümkün məğlubiyyətini İranla müharibə ilə əlaqələndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.