ABŞ demokratları Tramp administrasiyasına qarşı araşdırmalara hazırlaşır

ABŞ demokratları Tramp administrasiyasına qarşı araşdırmalara hazırlaşır
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi mümkün araşdırmalar çərçivəsində əhəmiyyət kəsb edə biləcək sənədlərin qorunub saxlanılması ilə bağlı özəl şirkətlərə və Prezident Donald Trampın administrasiyasına məktublar göndərib.
Bu barədə ABŞ telekanalı senator-demokratın köməkçisinə istinadən məlumat yayıb.
Məlumata görə, məktublardan biri “SpaceX” şirkətinin rəhbəri İlon Maska ünvanlanıb. Sənəd Ukraynada hərbi rabitə üçün istifadə olunan “Starshield” peyk sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərlə bağlıdır.
Demokratlar noyabrın 3-də keçirilən aralıq seçkilərdə qələbə qazandıqdan sonra Tramp administrasiyasının fəaliyyətinə nəzarəti gücləndirməyə hazırlaşırlar.
Gözlənilir ki, 2027-ci ilin yanvarından etibarən demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcəklər. Bu isə onlara administrasiya rəsmilərindən və özəl təşkilatlardan sənədlər tələb etmək, eləcə də müxtəlif istiqamətlər üzrə araşdırmalar aparmaq üçün daha geniş imkanlar yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.