Türkiyədə zavodda baş verən partlayış nəticəsində ölən və yaralananlar var

Türkiyənin İzmir şəhərində yerləşən metallurgiya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində işçilər həlak olub, çox sayda insan yaralanıb. Bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.
Bu barədə noyabrın 9-da NTV telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində işləri davam etdirirlər.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində çox sayda ölən və yaralanan var. Dağıntılar altında qalan işçilərin xilas edilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilir.
Hadisənin başvermə səbəbi və ölənlərin dəqiq sayı barədə hələlik ətraflı məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.