AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ın tələblərinə cavab verdi: “Tehranın mövqeyi qanuni və məntiqlidir”

  • + A
  • - A
  • Bu gün, 15:19

    İran ABŞ-ın tələblərinə cavab verdi: “Tehranın mövqeyi qanuni və məntiqlidir”


    İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi ABŞ dövlət katibi Marko Rubionun Tehranın tələbləri ilə bağlı açıqlamalarına münasibət bildirib.

    Baqayi Tehranın Vaşinqtona qarşı irəli sürdüyü tələblərin qanuni və məntiqli olduğunu vurğulayıb.

    “Bu tələblər qanunsuz və ya məntiqsizdirmi? Danışıqların qızğın mərhələsində Amerikanın İrana hücum etməsi məntiqsiz və təkəbbürlü addımdır”, – deyə İran XİN-in nümayəndəsi brifinq zamanı bildirib.

    Onun sözlərinə görə, Tehran istənilən danışıqların başlanmasından əvvəl Vaşinqtondan qanunsuz sanksiyaları ləğv etməyi, dəniz blokadasına və müharibəyə son qoymağı tələb edir.

    Baqayi həmçinin İranın iki günlük planının hələ də danışıqlar masasının üzərində olduğunu qeyd edib. O bildirib ki, Vaşinqton Tehranın tələblərini yerinə yetirəcəyi təqdirdə, Hörmüz boğazında təhlükəsizlik iki gün ərzində bərpa oluna bilər.

    Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio İslam Respublikasının münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü tələbləri qəbuledilməz adlandırıb. O, bəzi tələblərin isə qəbuledilməz olmaqla yanaşı, reallıqdan uzaq və təhqiramiz xarakter daşıdığını bildirib.

    Rubionun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar hələlik ciddi nəticələr vermir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR