AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp demokratların Hegsethin impiçment cəhdlərini dayandırmağa çağırıb

  • + A
  • - A
  • Bu gün, 09:12

    Tramp demokratların Hegsethin impiçment cəhdlərini dayandırmağa çağırıb


    ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Hegsethin impiçmentinə nail olmağa çalışan demokratları sərt tənqid edib və onların fəaliyyətinin dayandırılmalı olduğunu bildirib.

    Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

    “Demokratların hərbi nazir Pit Hegsethə qarşı impiçment cəhdi tamamilə iflasa uğradı. Tomas Massidən başqa bütün respublikaçılar Pitə dəstək verdilər. Demokratlar ABŞ-dən öz siyasi məqsədləri üçün istifadə etməyə və ölkəni istismar etməyə davam edirlər. Onları dayandırmaq lazımdır!” – deyə ABŞ Prezidenti yazıb.

    Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasında respublikaçılar Hegsethə qarşı impiçment prosedurunun başlanmasına imkan verməyiblər.

    Konqres üzvləri respublikaçıların təqdim etdiyi prosessual təklifi 211 lehinə, 204 əleyhinə səslə qəbul ediblər. Qərara əsasən, konqresmen Tomas Massinin Hegsethin impiçmenti ilə bağlı qətnamə layihəsi Palatanın Hüquq Komitəsinə göndərilib. Bu qərar faktiki olaraq, Konqresin növbəti çağırışınadək impiçment cəhdlərinin qarşısını alır.

    Ağ Ev də çərşənbə gecəsi Hegsethə qarşı impiçment təşəbbüsünə rəsmi şəkildə qarşı çıxıb.

    Respublikaçı konqresmen Tomas Massi Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə layihəsini Konqresə təqdim etmişdi. O, Hegsethi Konqresin icazəsi olmadan İrana qarşı müharibə aparmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.

    Mənbənin məlumatına görə, yeni çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Noyabrın 3-də keçirilmiş aralıq seçkilərinin nəticələrinə əsasən, respublikaçılar Konqresin hər iki palatasında nəzarəti itiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR