Polşa prezidenti Varşavada Müstəqillik yürüşündə iştirak edib

Polşa prezidenti Varşavada Müstəqillik yürüşündə iştirak edib
Polşada Müstəqillik Günü münasibətilə paytaxt Varşavada ənənəvi yürüş keçirilib. Prezident Karol Navrotski də minlərlə insanın qatıldığı yürüşə qoşulub.
Noyabrın 11-də keçirilən yürüş bu il “Polyak Polşada sahibdir” şüarı altında təşkil olunub. RMF24 telekanalının məlumatına görə, aksiya yerli vaxtla saat 14:30-da başlayıb. İştirakçılar Dmovski dairəsindən hərəkət edərək İyerusalim prospektləri və Poniatovski körpüsü istiqamətində irəliləyiblər. Yürüşün son dayanacağı Milli Stadionun ərazisi olub.
Prezident Karol Navrotski yürüşə ağ-qırmızı Polşa bayrağı ilə qatılıb. Onu böyük oğlu və Prezident Administrasiyasının bir sıra yüksək vəzifəli əməkdaşları müşayiət ediblər.
Dövlət başçısı yürüş iştirakçılarının alqışları ilə qarşılanıb. İştirakçılar “Salamlayırıq, cənab prezident!” şüarını səsləndirdikdən sonra Polşanın dövlət himnini ifa ediblər.
Navrotski yürüş iştirakçıları ilə söhbət edib, onlarla foto çəkdirib. Poniatovski körpüsünü keçdikdən sonra isə yürüşü tərk edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.