AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT: Livanda bir milyondan çox insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib

  • + A
  • - A
  • Bu gün, 21:54

    BMT: Livanda bir milyondan çox insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib


    BMT: Livanda bir milyondan çox insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib

    Livanda uzun illərdir davam edən silahlı münaqişələr və iqtisadi böhran əhalinin ərzaq təminatına ciddi zərbə vurub. Hazırda ölkə üzrə bir milyondan çox insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.

    Bu barədə Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı və Livanın Kənd Təsərrüfatı Nazirliyinin birgə bəyanatında bildirilib.

    Məlumata görə, Livan əhalisinin təxminən dörddə biri böhran səviyyəsində və ya daha ağır ərzaq çatışmazlığı ilə üzləşib. Beynəlxalq təşkilatlar vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinə çağırıblar. Proqnozlara əsasən, 2027-ci ilin ortalarınadək ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı 1 milyon 150 minə çata bilər.

    Bəyanatda qeyd olunur ki, ölkədə iş imkanları məhduddur, əhalinin yığımları tükənib, borc yükü isə yüksək olaraq qalır. Ərzaq, yanacaq və digər zəruri məhsulların bahalaşması ailələrin maliyyə vəziyyətini daha da ağırlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR