ALMANİYA PUTİNLƏ DANIŞIQLAR EHTİMALINI İSTİSNA ETMİR

Almaniya kansleri Fridrix Merzlə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş gündəmə gələ bilər. Berlin hesab edir ki, Əbu-Dabidə keçirilən məsləhətləşmələrdən sonra belə bir dialoq üçün zəmin yarana bilər.
Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib ki, Əbu-Dabidə Avropa, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşlərdə mümkün razılaşmaların ümumi konturları üzrə anlaşma əldə olunub. Rusiya tərəfinin iştirak etmədiyi müzakirələrin nəticələri barədə Vladimir Putinə məlumat veriləcək.
Korneliusun sözlərinə görə, əldə olunan anlaşma əsasında Almaniya kansleri ilə Rusiya prezidenti arasında danışıqlar keçirilə bilər.
Fridrix Merz də ötən cümə günü Putinlə görüş ehtimalını istisna etməyib. O, Rusiya liderinin dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə onunla görüşə biləcəyini bildirib.
Beləliklə, Əbu-Dabidəki məsləhətləşmələr Avropa, ABŞ, Ukrayna və Rusiya arasında mümkün diplomatik təmaslar baxımından yeni mərhələnin başlanğıcı ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.