Netanyahu hökumətin milli birlik formatında qurulmasını mümkün sayır

Netanyahu hökumətin milli birlik formatında qurulmasını mümkün sayır
İsrailin Baş naziri Benyamin Netanyahu əvvəlki sərt bəyanatlarından sonra mövqeyini yumşaldaraq milli birlik hökumətinin yaradılmasının hələ də mümkün olduğunu bildirib.
“The Times of Israel” nəşrinin məlumatına görə, Netanyahu bu barədə Knessetdə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazir bir gün əvvəl onun iştirakı olmadan hökumət qurulması cəhdlərinə qarşı çıxmış, Knessetin ərəb deputatlarını terrorizmə dəstək verməkdə və İsraili məhv etməyə çalışmaqda ittiham etmişdi.
Lakin bu dəfə o, daha barışdırıcı mövqe nümayiş etdirib. Netanyahu bildirib ki, milli birlik hökumətinin yaradılması həm mümkündür, həm də mövcud şərait bunu zəruri edir.
“Dünən milli birlik hökumətinin nə üçün vacib olduğunu izah etdim. Bu gün isə onun nə üçün mümkün olduğunu demək istəyirəm”, – deyə İsrailin baş naziri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.