Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin ölüm səbəbi açıqlanıb

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-dakı səfiri Aleksandr Darçiyevin ölüm səbəbini açıqlayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, diplomat Moskvada xroniki xəstəlik səbəbindən vəfat edib.
Zaxarova qeyd edib ki, Darçiyevin vəfatı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən çoxsaylı başsağlığı məktubları daxil olur. O, mərhumun ailəsinə və yaxınlarına hörmət naminə ölümünə dair əlavə təfərrüatların açıqlanmadığını vurğulayıb.
“Bizə KİV nümayəndələrindən də çoxsaylı suallar daxil olur. Xüsusilə ABŞ-dan olan bəzi jurnalistlər arasında müxtəlif konspirativ fərziyyələr yayılıb. Ailəsinin və yaxınlarının yaşadığı ağır itkiyə hörmətlə yanaşaraq bildiririk ki, Aleksandr Nikitiç bu gün Moskvada xroniki xəstəlikdən vəfat edib. Vida mərasiminin tarixi və yeri barədə əlavə məlumat veriləcək”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, səfirin vida mərasiminin tarixi və keçiriləcəyi yer barədə məlumatın daha sonra açıqlanacağı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.