AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Professor: TRIPP layihəsi təkcə iqtisadi layihə deyil

  • + A
  • - A
  • Dünən, 23:00

    Professor: TRIPP layihəsi təkcə iqtisadi layihə deyil



    Lehay Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Arman Qriqoryanın fikrincə, İran TRIPP layihəsinin həyata keçirilməsinə laqeyd yanaşa bilməz. Çünki ekspert hesab edir ki, təşəbbüsün əsas məqsədi regionun iqtisadi inkişafı deyil, Rusiya və İranın geosiyasi baxımdan sıxışdırılmasıdır.

    Qriqoryan bu barədə Ermənistanın NEWS.am nəşrinin “Güc faktoru” proqramına müsahibəsində layihənin perspektivlərini və Tehranın mümkün reaksiyasını şərh edərkən bildirib.


    O, həmçinin Azərbaycan yüklərinin Ermənistan ərazisindən Naxçıvana daşınması zamanı giriş-çıxışa kimin nəzarət edəcəyi və gömrük funksiyalarını kimin həyata keçirəcəyi ilə bağlı sualların hələ də açıq qaldığını qeyd edib.

    Professorun fikrincə, TRIPP layihəsini yalnız iqtisadi təşəbbüs, kommunikasiyaların açılmasına və ABŞ-ın regiona cəlb edilməsinə xidmət edən layihə kimi təqdim etmək onun ilkin mahiyyətini əks etdirmir.

    “Bu, iqtisadi layihə deyil. Əvvəldən söhbət geosiyasətdən gedirdi. Bu, yeni ideya deyil. Qərbdə, Türkiyədə və xüsusilə ABŞ-da bu barədə artıq bir neçə onillikdir danışılır”, – deyə o vurğulayıb.

    Qriqoryan nümunə kimi ABŞ-ın sabiq diplomatı Ceyms O'Brayenin 2024-cü ildə Ermənistanda olarkən Azadlıq Radiosuna verdiyi müsahibəni göstərib. Professorun sözlərinə görə, O'Brayen ABŞ-ın dəstəyi ilə marşrutun açılmasının və onun fəaliyyətinə aid bütün layihələrdən Rusiyanın kənarlaşdırılmasının vacibliyindən danışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR