AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politico: Aİ-də Makronun prezidentlikdən getməsindən sonra Avropa Siyasi Birliyinin ləğv ediləcəyini gözləyirlər

  • + A
  • - A
  • Bu gün, 15:12

    Politico: Aİ-də Makronun prezidentlikdən getməsindən sonra Avropa Siyasi Birliyinin ləğv ediləcəyini gözləyirlər


    Bəzi avropalı diplomatlar və rəsmilər Fransa Prezidenti Emmanuel Makronun 2027-ci ildə vəzifəsini tərk etməsindən sonra Avropa Siyasi Birliyinin (ASB) fəaliyyətini dayandıracağını düşünürlər. Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

    Nəşrin yazdığına görə, bir sıra Avropa liderləri Makronun təşəbbüsü ilə yaradılmış bu platformadan narazıdırlar. Onlar hesab edirlər ki, Avropa Siyasi Birliyi konkret nəticələrə gətirib çıxarmayan müzakirələr meydanına çevrilib.

    Bununla belə, Fransa Prezidentinin Yelisey sarayındakı administrasiyası və Avropa İttifaqının strukturları bu tənqidləri qəbul etmir. Onlar Avropa Siyasi Birliyinin sammitlərinin artıq 2028-ci ilin sonunadək planlaşdırıldığını vurğulayırlar.

    Məlumata görə, qarşıdakı sammitlərin İsveçrə, Yunanıstan, Azərbaycan və Latviyada keçirilməsi nəzərdə tutulur.

    Avropa İttifaqı rəsmilərindən birinin sözlərinə görə, noyabrın 12-də Dublində keçiriləcək sammitin açılışında Avropa Şurasının Prezidenti Antonio Koşta, İrlandiyanın Baş naziri Maykl Martin və Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edəcəklər.

    “Politico”nun məlumatına görə, birgə plenar iclasda əsas diqqət Ukrayna məsələsinə və Avropanın təhlükəsizliyinə yönəldiləcək.

    Avropa Siyasi Birliyinin genişləndirilməsi məsələsinin isə sammitin gündəliyinə daxil edilməyəcəyi bildirilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR