AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ-də zəncirvari yol-nəqliyyat hadisəsində 14 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 20:30

    BƏƏ-də zəncirvari yol-nəqliyyat hadisəsində 14 nəfər ölüb

    BƏƏ-nin Əl-Füceyrə əmirliyində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ən azı 14 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

    Bu barədə BƏƏ-nin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, qəzada ümumilikdə 23 nəqliyyat vasitəsi - 18 avtomobil və 5 yük maşını iştirak edib.

    Yanğın-xilasetmə briqadaları və tibb işçiləri qəzanın fəsadlarının aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün hadisə yerindədir.

    Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR