Təhdid və sanksiyalar raket proqramının inkişafını dayandıra bilməyəcək

Təhdid və sanksiyalar raket proqramının inkişafını dayandıra bilməyəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Əhməd Vahidi bildirib ki, təhdidlər və sanksiyalar İranın raket proqramının inkişafına mane ola bilməyəcək.
Mehr agentliyinin məlumatına görə, Vahidi bu barədə İranın Aerokosmik Qüvvələri Günü münasibətilə ünvanladığı müraciətdə bildirib.
Onun sözlərinə görə, İranın raket proqramının əsasını qoymuş Həsən Tehrani Müqəddəmin başladığı yol inam və fədakarlıq sayəsində davam etdirilir.
Vahidi qeyd edib ki, Tehrani Müqəddəm ilk raketləri demək olar ki, sıfırdan yaradıb. Hazırda İran hərbçiləri onun işini davam etdirərək ölkənin hərbi potensialını dağların dərinliklərində və yeraltı obyektlərdə genişləndirirlər.
SEPAH komandanı vurğulayıb ki, heç bir təhdid və sanksiya İranın raket proqramının inkişafını dayandıra bilməz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.