AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ noyabr ayında Ukraynaya 12 milyard avro maliyyə yardımı ayıracaq

  • + A
  • - A
  • Bu gün, 14:51

    Aİ noyabr ayında Ukraynaya 12 milyard avro maliyyə yardımı ayıracaq


    Avropa İttifaqı (Aİ) noyabr ayında Ukraynaya maliyyə dəstəyi proqramları çərçivəsində təxminən 12 milyard avro vəsait ayırmağı planlaşdırır.

    Bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos noyabrın 13-də Varşavada keçirilən “Ukraynanın Bərpası” konfransında çıxışı zamanı bildirib. Onun çıxışı Avropa Komissiyasının rəsmi saytında yayımlanıb.

    Kosun sözlərinə görə, noyabr ayında “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən 8 milyard avro, Ukraynaya kredit dəstəyi mexanizmi vasitəsilə isə əlavə 3,7 milyard avro makromaliyyə yardımı ayrılması nəzərdə tutulur.

    Avrokomissar qeyd edib ki, bu vəsaitlər Ukraynanın iqtisadi sabitliyinin qorunması və dövlət institutlarının fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aİ, həmçinin Ukrayna sənayesinin bərpasına və investisiyaların cəlb edilməsinə dəstəyini davam etdirəcək.

    Konfrans çərçivəsində Kos Ukrayna üçün investisiya mexanizmi daxilində ümumi dəyəri 376 milyon avro olan dörd yeni proqramın başladıldığını da açıqlayıb.

    O, eyni zamanda Ukraynanın iqtisadi perspektivlərinin ötən illə müqayisədə pisləşdiyini bildirib.

    Bununla belə, avrokomissar ölkənin Avropa İttifaqına üzvlük istiqamətində irəliləyiş əldə etdiyini vurğulayıb. Onun sözlərinə görə, islahatlar davam etdirilərsə, Ukrayna gələn ildən Aİ-yə üzvlüklə bağlı danışıqların müvafiq fəsillərini bağlamaq prosesinə başlaya bilər.

    Kos əsas prioritetlər sırasında qanunun aliliyinin və demokratik institutların möhkəmləndirilməsini, dövlət idarəçiliyində islahatların aparılmasını, eləcə də milli azlıqların hüquqları ilə bağlı fəaliyyət planının icrasını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR