14 il sonra Suriyaya qayıdırlar

Polşanın Suriyadakı səfirliyi 14 ildən sonra yenidən fəaliyyətə başlayacaq.
u haqda Polşanın “RMF FM” radiostansiyası məlumat yayıb.
“Polşalı diplomatlar 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında paytaxt Dəməşqdə Polşa səfirliyinin yenidən açılması planlaşdırılır”, - məlumatda deyilir.
Qeyd edək ki, səfirlik 2012-ci ildə, həmin ərəb ölkəsində davam edən münaqişə səbəbindən təxliyə edilmişdi.(Qafqazinfo)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.