AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO ölkələrinin xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşəcəklər

  • + A
  • - A
  • Bu gün, 23:03

    NATO ölkələrinin xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşəcəklər


    NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 2-də Belçikanın paytaxtı Brüsseldə, alyansın mənzil-qərargahında keçiriləcək.

    Bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, müttəfiq ölkələrin xarici işlər nazirləri 2026-cı il dekabrın 2-də alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələcəklər.

    Görüşə NATO-nun baş katibi Mark Rütte sədrlik edəcək. O, toplantıdan əvvəl mətbuat nümayəndələri üçün brifinq də keçirəcək.

    Nazirlərin müzakirə edəcəyi rəsmi gündəlik hələ açıqlanmayıb. Bununla belə, KİV-in məlumatına görə, görüşdə Ukraynaya silah tədarükü, Avropada silah istehsalının genişləndirilməsi və Rusiyanın hərbi baxımdan çəkindirilməsinə dair planlar əsas müzakirə mövzuları olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR